BiZiMlE OlAn DaRıXmAz
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

BiZiMlE OlAn DaRıXmAz

BiZiMlE OlAn DaRıXmAz AxTaRdIgInIz HəR ŞeY BuRdA
 
AnasayfaLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 Ali məktəblərə qəbul

Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin
Admin
Admin


Mesaj Sayısı : 116
Kayıt tarihi : 28/04/09
Yaş : 30
Nerden : Bakı

Ali məktəblərə qəbul Empty
Yeni mövzuMövzu: Ali məktəblərə qəbul   Ali məktəblərə qəbul Icon_minitimeÇər. Apr. 29, 2009 12:29 pm

“2009/2010-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul qaydalarına bir sıra dəyişikliklər edilib. Belə ki, müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyentin hamısını qəbul planı çərçivəsində yerləşdirmək mümkün olmadıqda nəzərə alınan göstəricilər siyahısına ”əsas fənlər üzrə attestat qiymətlərinin cəmi" də daxil edilib".
Bu barədə dünən mətbuat konfransı keçirən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verdi. Onun sözlərinə görə, uzun illər attestat qiymətləri ilə imtahanda göstərilən bilik səviyyəsi uyğun gəlməyib: “Amma son illər bu sahədə müəyyən nəticələr əldə edilib. Bu, xüsusilə əlaçı abituriyentlərə aiddir. Əlaçı abituriyentlərin sayı azalıb, amma onlar həqiqətən imtahanda yaxşı nəticə göstərənlərdir. Artıq əlaçı abituriyentlərin çox az faizi 50 baldan aşağı nəticə göstərir. Buna görə də qəbul qaydalarına ilkin dəyişiklik etmişik ki, eyni miqdarda bal toplayan abituriyentlər arasında formal seçim aparmaq üçün əsas fənlər üzrə attestat qiymətlərinin cəmi də nəzərə alınsın. Əsas fənlər hər ixtisas qrupunda əmsalı iki olan fənlər sayılır”.
TQDK sədrinin sözlərinə görə, bu ildən müsabiqənin ikinci mərhələsində abituriyentlərin əsas fənlər üzrə topladığı nisbi ballardan başqa attestatda həmin fənlərin cəmi də müqayisə ediləcək. Bu yenilik hər qrupun yalnız öz əsas fənlərinə aiddir: “Bu, bütün attestat qiymətlərinə aid deyil. Biz çox istərdik ki, gələcəkdə eyni balı olan abituriyentlərin ikinci mərhələdə nisbi balı deyil, yalnız attestat üzrə balı müqayisə olunsun. Amma bu o zaman real ola bilər ki, attestatın qiymətləri də real olsun”.
M.Abbaszadə bildirdi ki, qəbul qaydalarında digər yenilik xüsusi qabiliyyət tələb edən ixtisaslarla bağlıdır: “Bu il aparılan müzakirələrdən sonra xüsusi qabiliyyət tələb edən ixtisasların iki qrupa bölünməsi qərara alınıb və həmin ixtisaslar şərti olaraq bir və iki ulduzlu adlanır. Pedaqoji ali məktəblərdə rəsmxət, musiqi, bədən tərbiyəsi kimi xüsusi qabiliyyət tələb edən ixtisaslar var. Həmin ixtisaslar üzrə xüsusi qabiliyyət tələb edən imtahanlar verərək ”məqbul" alan abituriyentlər yerləşdirmə zamanı test ballarının müsabiqəsi əsasında qəbul olunacaqlar. Bu yenilik idman və texnoloji dizayn ixtisaslarına da aiddir. İfaçılıq, aktyorluq, rəssamlıq, musiqi ilə bağlı digər ixtisaslara gəldikdə isə bu ixtisaslar üzrə yerləşdirmə qabiliyyət tələb edən imtahan əsasında aparılacaq. Test imtahanında müəyyən bal toplayan abituriyentlər qabiliyyət imtahanına buraxılacaqlar".
TQDK sədri qeyd etdi ki, ali və orta ixtisas məktəblərinə ərizə qəbulu bu il də internet vasitəsilə aparılacaq: “Abituriyentlər TQDK tərəfindən təyin olunacaq vaxtda internetdə özlərinə aid məlumatları, ixtisas qrupu və bölmələrini göstərməklə ”Elektorn ərizə" dolduracaqlar. Daha sonra abituriyent təyin olunmuş müddət ərzində müvafiq sənəd qəbulu komissiyalarında öz ərizəsini təsdiqləməlidir".
Sonda onu da deyək ki, “Abituriyent” jurnalının bu il 1-ci sayı çapdan çıxıb. Jurnalda ali və orta ixtisas məktəblərinə tələbə qəbulu qaydaları, Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş bakalavr ixtisaslarının siyahısı, xüsusi təyinatlı məktəblərə qəbul elanları, ali və orta ixtisas məktəblərinə qəbul proqramları və test tapşırığı nümunələri yer alıb.

Sizin bu MƏRKƏZLƏŞMİŞ İMTAHAN metoduna fikriniz necədir ?? Sizcə belə yaxşı oldu ??
Əvvələ qayıt Aşağa gitmek
https://sizinleyik.azerbaijaniforum.com
 
Ali məktəblərə qəbul
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
BiZiMlE OlAn DaRıXmAz :: Elm və Təhsil-
Keç: