BiZiMlE OlAn DaRıXmAz
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

BiZiMlE OlAn DaRıXmAz

BiZiMlE OlAn DaRıXmAz AxTaRdIgInIz HəR ŞeY BuRdA
 
AnasayfaLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 Erməni olmaq necə hissdir?!

Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin
Admin
Admin


Mesaj Sayısı : 116
Kayıt tarihi : 28/04/09
Yaş : 30
Nerden : Bakı

Erməni olmaq necə hissdir?! Empty
Yeni mövzuMövzu: Erməni olmaq necə hissdir?!   Erməni olmaq necə hissdir?! Icon_minitimeB.e. İyun 01, 2009 3:47 pm

Çingiz Qarabağ qaçını idi.Onun bütün ailəsini Xocalıda qırmışdılar. o vaxtlar Çingizin 7 yaşı olardı .Amma ailəsi heç yadında qalmamışdı.Xocalının nə bir daxması, nə bir ağacı.
Düşmən hücuma keçəndə mərminin biri Çingizin düz yanında partlamışdı. .Cingiz də bütün uşaqlığını bu partlayışdan sonra unutmuşdu.Yaddaşında ancaq qarlı yollar.atəş səsi ve ölülər var idi. qaçqın şəhərciyində onu digər yetimlər kimi ailələrə bölmüşdülər.Yazıq uşağın hansi şəraitdə böyüdüyünü heç təsəvvür də etmək olmazdı.Yad şəhər.evsiz eşiksiz.Vətəndən didərgin.Atasının,anasının qanı yerdə..Amma o heç nə edə bilmirdi.Ailəsindən bircə yadigar qalmışdı.O da anasının şəkili. Balaca buzovun başını sığallayan müqəddəs ana.anası şəkildən ona baxırdı.Çingiz bütün uşaqlığını bu şəkildə keçirmişdi. Əlindəki şəkilə baxib anasını nə qədər çox sevirdisə alçaq ermənilərə də bir o qədər nifrət eləyirdi.Qaniçən,insafsız,yırtıcı erməni.Çingiz onlara nifrət eləyirdi.Bu nifrət də onu gücləndirirdi.O böyüdükcə içindəki nifrət daha da artırdı.Çingiz özünə söz vermişdi ki,bir gün bütün erməniləri məhv edəcək.Uşaq vaxti döyüşlə məşğul olmuş,məktəbdə tarix dərslərinihamıdan yaxşı oxumuşdu.Əsgərliyini çəkmiş və hərbiçi olmaq qərarına gəlmişdi.Çingiz silahdan ayrılmırdıi.Hər gecə yuxuda ermənilərin kəndlərinə hücum edib evləriniyandırırdı.Erməni kişilərini güllələyib,qadinlarini zorlayır,uşaqlarını boğurdu.Dostlari ilə görüşəndə onları da müqəddəs muharibəyə hazırlayırdı.Çingiz deyirdi:
-Dostlar,biz həmişə unutqan xalq olmuşuq.Biz türklərin ən böyük səhvi unutqanlığımızdadır.Biz bu erməniləri vaxtında qırmalıydıq.Ey türk kəndinə qayit.sən ozunə qayidanda guclu olursan.Biz secilmis milətik.Dunyani turklər idarə etməlidir.Bizim dusmənlerimiz hec vaxt bizi rahat yasamaga qoymayacaqlar.Ona görə biz birləşib məhv etməliyik.Ermənilər həmişə alçaq olublar.Əsrlərdə öz ikiüzlü,yaltaq siyasətləri ilə bizim etibarımızı qazanıb,hər dəfə bizə arxadan zərbə endiriblər.Onlara inanmaq olmaz.Onların hamsı alçaqdır,hamsı ölməlidir.Uşaqlar da murdardır çünki onların qanında murdar qan,oğru qanı axir.Sülh olmaz.Ancaq müharibə Onlar bizim qanımızı töküb,biz də onların qanını tökməliyik.Sonuncu erməniyə qədər hamısı ölməlidir.
Çingiz çağırışları dostlarını da həvəsləndirirdi.Onlar hər yerdə bu fikirləri yayır,insanları erməni köpəkəri ilə mübarizəyə çağırırdılar.Məqsəd təkcə QARABAĞI yox,bütün ermənistanı almaq idi.Çingiz deyirdi:
-ermənistana bomba atıb hamısını qırmaq lazımdır.Çünki hər bir uşaq gələcəkdə erməni əsgəri olacaq.Hər bir qadın nə vaxtsa qaniçən erməni doğacaq.Onlarin hamisi bizə nifrət eləyir.Sizdə adi erməni görüb deyə bilərsiz ki,onlar günahkar deyil.Amma onlar içində sizə nifrət edir.Siz nə istəyirsiniz sülh? Sülh?!! Hansi sülh? QARABAĞ qayıdandan sonra sərhədlər açilsın? ermənilər yenə Bakiya gəlsin? Hansısa erməni zibili bizim təmiz Azərbaycan qızıyla yatağa girsin? Bunu istəyirsiniz? Bəs namus,qeyrət? Biz gərək hücum edib onların soyunu qıraq,nəsillərini kəsək..
Çingizin 21 yaşı tamam olanda gözəl bir qızla tanış oldu.Çingiz Səbinəyə ilk baxışdan vurulur.Səbinə tarix fakultəsində oxuyur.Çingiz də fəxirlə geydiyi hərbi formada hər gün Səbinəni həyətdə gözdəyirdi.Dərs qurtaranda əl-ələ tutub bağda gəzirdilər.Qisa bir vaxta bir-birlərinə öyrəşdilər.O vaxtda Çingizin imkani da yaxşılaşır.Özünə şəhərin mərkəzində mənzil alır.Bir gün Səbinəgilə elçi gəlir.Qızın ailesidə görür ki,oğlan həbiçidir,içmək yox,çəkmək yox,vətəninə bağli,öz ayaqları üsündə dayanmış boylu-buxunlu cavan oğlan.Daha qarşı çıxmağın mənası olmazdı.Əgər cavanlar bir-birlərini sevirlərsə heç nə demək olmaz.Çingizlə Səbinə nişanlanırlar.Hər şey çox yaxşı getdiyi vaxtda Çingizin yanIna qara geyimli bir neçə oğlan gəlir:
-Çingiz səni ikigünlük aparmalıyıq.
Çingiz donub qalır:
-Siz kimsiniz?Necə yəni aparmalısız?Hara?
Onlardan biri deyir:
-Çingiz,bilirik ki,indi toya hazirlaşırsan.Amma səni bir nəfərləgörüşdürmək lazımdı.Toya görə narahat olma,biz bütün yükü öz üzərimizə götürürük.Səni bir nəfərlə görüşdürmək çox vacibdir.
Kimlə?Harada?
-Çingiz,Gürcüstana getməliyik,anan səni gözləyir.
Bu müqəddəs kəlməni eşidən Çingizin gözləri dolur.Qarşısındakı oğlanları qucaqlayıb bağrına basır.Əlləri əsməyə başlayir.Deməli onun anası sağdı.Deməli o da qaça bilib.Neçə il sonra.Neçə il sonra.......Axır o anasına qovuşa biləcək.Hər zaman əzizlədiyi şəkildəki gözəl anası onun toyuna gələcək.Çingiz anasının saçlarından sığallayıb,gözlərindən öpəcək...
Səhəri gün olar qatarla Gürcüstana yollandılar.Yad vağzalın qarşısında anası qucaqlarını açıb hönkür-hönkür ağlayırdı.Çingiz də ağlayırdı.Anasına sarılıb ağlayırdı.Anasının əlində Çingizdəki şəklin o biri hissəsi – cırılmış hissəsi vardı.Bu Çingizin uşaqlığı idi.Çingiz indi başa düşmüşdü ki,bu şəkili anası onun ovcuna basmışdı ki,qaniçən ermənilər hücumundan sonra bir-birlərini tapa bilsinlər.Çingizin içində hər şey qaynıyırdı.Artıq o anasınıevinə apara bilərdi.Axır anası yad gürcu ellərindən doğma Azərbaycanına gələ bilərdi.Ana qucağının istisində Çingiz bütün soyuq tənha gecələrini yadına salır və daha da bərk hönkürürdü.Anasının incə mızıltısı onun qulaqlarından keçib qəlbinin ən dərin hüceyrələrinə hopurdu.Amma.......
Çingiz bilmirdi....Çingiz bir şeyi bilmirdi...
Anası Çingizə nə isə deyirdi.Amma o bu dildən həç nə anlamırdı.Heç bilmirdi anasi hansı dildə danışır.Birdən kimsə əlini onun çiyninə qoydu.Arxadan qara geyimli oğlan dilləndi.
- Çingiz,sənin anan ermənidi!!!
Zaman dayandı,əqrəblər donub qaldı hər şey susdu.Əbədi sukutdan qulaqlar partlayacaqdı.
Hər şey bir an içində məhv olmuşdu.Qara paltarlı oğlan davam etdi:
- Sənin atana da ermənidi.Sənin bütün nəslin erməni olub.Səndə ermənisən.
Çingiz dönüb oğlanın üzünə yumruq ilişdirmək istədi.Lakin digər oğlanlar onu saxladı.Çingiz yaralı canavar kimi nərildəməyə başladı.Anası onu qucaqlamaq istədi.Amma Çingiz geri çəkildi.
Başını qucaqlayıb yerə yıxıldı.O inana bilmirdi.
Oğlan bir az gözləyib yenə əlini onun çiyninə qoydu:
- Çingiz güclü ol!Biz sənin yaxşılığını istəyirik.Istəyirik ki,həqiqəti biləsən.Sənin ailən Xocalıdakı erməni ailələrindən idi.Müharibə vaxtı olar hücum edəndə sizin də türk sanıb qovublar.Səndə yanında partlayan mərmidən yaddaşını itirmişdin.Indi də...Indi də belə....Sən artiq hər şeyi bilirsən.
Çingizin bütün həyatı fikirləri arzuları,arzuları məhv olmuşdu Anasını tapıb vətənini itirmişdi.
Amma o zəif deyildi.O buna dözə bilərdi.Hərbiçi həyatı ona bütün ağrılara tab gətirməyi öyrətmişdi.Çingiz göz yaşlarını silib dərindən nəfəs aldı.Sonra ayağa qalxıb qara geyimli adamlara baxdı:
-Siz...Siz bunu sübut edə bilərsiniz?
Qara geyimlilərdən biri dedi:
-Biz itkindüşmənlərin axtarışı ilə məşquluq.Sənin bütün sənədlərin bizim ofisdədir.Doğumkağızın uşaqlıq şəkillərin.Sənin adın da Çingiz deyil, Vardandır.O gün səni televiziyada müsahibə verəndə göstəriblər.Ananda tesadüfən burada səni görüb.Biz gedib maraqlandıq və bizə sənin ünvanını dedilər.Sənin anan çox yaxşi qadındır.O səni neçə ildir ki,gözləyir.Amma atan müharibə vaxti ölüb.
-Bəs anam Azərbaycanca heçnə bilmir?
-Biz onunla danışmaq istəmişik.Amma deyəsən çox az bilir.
Bu sözləri eşidən kimi Çingizin anası pıçıldadı:
-Mən səni Səni sevir oğul.Mənim doğma oğul.Sevgi.
Bu sözlərdən sonra Çingiz ikinci dəfə anasına sarıldı.O nə edəcəyini bilmirdi.Amma deyəsən arxadakı qara geyimlilər hər şeyiölçüb-biçmişdilər.
-Çingiz artıq heç nəyi dəyişə bilməzsən.Istəyirənsə ananı da götürüb BAKIYA gəl.Heç kəs heçnə bilməyəcək.Biz Səbinəyə də heç nə demərik.
Bu sözləri eşıdəndə Çingiz bir daha qara geyimlilərin üzərinə cumdu.Bu dəfə o,sərt zərbə ilə ortadakını yerə yıxdı.Lakin digər ikisi.onun qollarını burub saxladılar.Çingiz tərpənə bilmirdi.Yerə yıxılmış qara geyimli isə davam etdi:
-Həə,Səbinə.Sənin sevgilin Səbinə.Deyəsən iki-üç günə toyunuz olacaq.Sən doğrudan da buna inanırsan?Səncə biz qoyarıq ki,namuslu azerbaycanli qızı erməni ilə bir yastığa baş qoysun?
Səncə biz qoyarıq ki,sən özün,alçaq erməni,bizə nifrət edən erməni bizimlə bir yaşayasan?Sən bizə nirət edirsən.Sən bütün türklərə nifrət edirsən.Sən bütün azerbaycanlılara nifrət edirsən.Sən Səbinəyə nifət edirsən.
Çingiz dizləri üstəçöküb ağladı.
- Səbinəni sevirəm.Mən Azerbaycanı sevirəm.Mən anamı sevirəm.Mən sizi sevirəm.
Qara geyimli oğlan onun gözündən öpüb sakitde pıçıldadı:
- Çingiz erməni olmaq necə hissdir?Səncə nəsə dəyişdi?Sən Vardansan,yoxsa həmin Çingizsən?Biz səni buraxırıq,Səbinəyə də heçnə deməyəcəyik.Ananı da özünlə apara bilərsən.Indi hər şey sənin öz vicdanındır.Səbinə əsl Azərbaycan oğluna layiqdi.Amma sən ermənisən.Onunla evlənməklə sən daha Azerbaycan qızının namusunu pozacaqsan.Sən pis insansan.Eşidirsən? SƏN PIS INSANSAN!!!
Çingiz sakitcə dedi:
- Axı mən heç kəsə pislik etməmişəm.Axi mən pis insan deyiləm.
Qara geyimli cavab verdi:
- Sən ermənisən.Özün demirdin ki bütün ermənilər pisdi?
Əvvələ qayıt Aşağa gitmek
https://sizinleyik.azerbaijaniforum.com
 
Erməni olmaq necə hissdir?!
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» Erməni`dən üzr istəyək?!, Bu heç vaxt olmayacağ
» Kişilərin evlənmək istədiyi qadın necə olmalıdır?
» Bir oğlanın qızı həqiqətən sevib sevmədiyini necə bilmək olar?
» Birinci padxoda hə deyən qız, Birinci dəfədə oğlana hə deyən qızlara necə baxırsan?

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
BiZiMlE OlAn DaRıXmAz :: Əyləncə :: Kişi söhbəti-
Keç: