BiZiMlE OlAn DaRıXmAz

BiZiMlE OlAn DaRıXmAz AxTaRdIgInIz HəR ŞeY BuRdA
 
AnasayfaAxtarQeydiyyatdan keçinGiriş

 

 Təsviri sənət - İncəsənət

Aşağa gitmek 
MüəllifIsmarıc
Admin
Admin
Admin
Admin

Mesaj Sayısı : 116
Kayıt tarihi : 28/04/09
Yaş : 26
Nerden : Bakı

Təsviri sənət - İncəsənət Empty
Yeni mövzuMövzu: Təsviri sənət - İncəsənət   Təsviri sənət - İncəsənət Icon_minitimeÇər. Apr. 29, 2009 12:07 pm

Öz köklərilə ta qədim dövrlərə gedib çıxan Azərbaycan təsviri sənət ənənələri özündə neçə-neçə nəsillərin bədii təcrübəsini yığıb saxlamışdır. Buraya Qobustan və Abşeron mağaralarındakı mezolit və neolit dövrlərinə aid qayaüstü rəsmlər, zəngin bəzəyə malik əmək alətləri və məişət əşyaları, öz gözəlliyi və rəngarəngliyilə nadir olan xalçaçılıq sənəti, zərgərlik əşyaları və s. daxildir. Həmçinin öz nəfisliyi və zərifliyi ilə seçilən memarlıq abidələrini – məscidləri, məqbərələri, sarayları və kaşı naxışlarını da xatırlamamaq mümkün deyil. Bədii yaradıcılıq prossesi tarixində Azərbaycan miniatür rəssamlığı və onun görkəmli nümayəndələri Sultan Məhəmməd və Mirzə Əlinin yaradıcılıqları unikal bir tarixi hadisədir.
Bütün bunlar Azərbaycan xalqının bədii mədəniyyətinin özünəməxsus «genofond»unu yaratmış, onun zəngin irsini təşkil etmişdir. Həmin irs XIX əsrin ortalarından yeni tendensiyalarla daha da dolğunlaşmışdır. Məhz bu dövrdə, güclənməkdə olan Rusiya –Azərbaycan bədii və mədəni əlaqələrinin güclənməsinin təsiri altında incəsənətdə tədricən keyfiyyət dəyişiklikləri baş verdi və bu da milli incəsənətdə yeni realist xüsusiyyətlərin meydana çıxması ilə nəticələndi. Bu dövrün əsas nümayəndələri kimi istedadlı fırça ustaları Mirzə Qədim İrəvani, Mir Mövsüm Nəvvab, şair və rəssam Natəvan və bir çox digərləri çıxış edirdi.
Azərbaycan təsviri sənətində növbəti keyfiyyət dəyişiklikləri XX əsrin əvvəllərində baş verdi: həmin dövrdə bu sənətin inkişafında yeni növ, janr və formaların, başlıcası isə demokratik satirik qrafika və dəzgah rəngkarlığının meydana gəlməsi prossesini müşahidə etmək olar.
Artıq 1910-cu ildə təsviri sənətin əhali arasında populyarlaşdırılması işi aparılırdı: rus rəssamlarının sərgiləri keçirilirdi. 1912-ci ildə isə «Bakı Rəssamları Cəmiyyəti» təşkil olmundu.
Azərbaycan rəssamlıq məktəbinin yaranmasında onun rus rəssamlıq ənənələri ilə əlaqələri mühüm rol oynadı. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində bir çox rus realist rəssamları Azərbaycanda oldular və yerli milli ənənələrə böyük maraq göstərərək, onlardan özlərinə məxsus tərzdə əsərlərində istifadə etdilər. Digər tərəfdən, bu əməkdaşlıq bir çox cəhətdən yerli rəssamlıq məktəbinin, əsasən də təsviri sənət sahəsində, yaradıcı şəkildə yeniləşməsinə səbəb oldu. 1920-ci illərin sonlarında Bakıda açılan rəssamlıq məktəbi peşəkarlığın inkişafında böyük rol oynadı və xeyli istedadlı rəssam yetişdirdi. Onların arasında Tağı Tağıyev, Mikayıl Abdullayev, Böyük Ağa Mirzəzadə, Səttar Bəhlulzadə və s. kimi bir çox böyük rəssamlar vardı. İndi rəssamların mənimsədikləri əsas üslub istiqaməti realistlik, yeni həyat gerçəkliyinin həqiqi, real obrazlarda interpretasiyası idi. Məhz bu, realist tendensiya Azərbaycan təsviri sənətində bir çox onilliklər ərzində aparıcı istiqamət olaraq qalmışdır.
1920-ci ildən, sovet hakimiyyəti qurulduqdan sonra respublikada incəsənət sahəsində təşkilati quruculuq işlərinə başlanıldı və bu iş 1932-ci ildə Azərbaycan Sovet Rəssamları İttifaqının yaradılması ilə başa çatdı.
Azərbaycan rəssamları (eləcə də bütün Rusiyada və digər milli məktəblərdə) öz əsas vəzifələrini zəhmətkeş xalqın həyatını doğru-düzgün təsvir etməkdə görürdülər. Lakin, milli rəssamlıq ənənələrinin əsas cəbbəxanası dekorativ-tətbiqi sənətlə, yəni öz məğzi etibarı ilə qeyri-realist ifadə vasitələri ilə bağlı olduğuna görə, həm rəngkarlıqda, həm də heykəltəraşlıqda dərhal ustalıq – həyat gerçəkliyini realist baxımdan gerçək formalarda əks etdirmək bacarığı məsələsi meydana çıxdı. Buna paralel olraq, milli incəsənətin özünəməxsusluğu məsələsi, müzakirə edilməyə başladı ki, bu da faktiki olaraq, əsas problem kimi 1990-cı illərə qədər davam etdi.
1930-cu illərin ortalarında Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (ADRM) tədris-pedaqoji işin yenidən qurulması baş verdi, bunun da nəticəsində onun bir çox məzunu Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinin ali məktəblərinə ezam edildi.
Başqa sözlə, sovet dövrünün Azərbaycan təsviri sənəti Sovet İttifaqında həyata keçirilən bədii siyasətə tamamilə cavab verirdi, yəni həmin illərdə icazə verilən yeganə bədii istiqamətdə – sosializm realizmi çərçivəsində inkişaf edirdi. Əslində, bu istiqamətin elə bir xüsusi, yalnız ona xas olan cəhətləri yox idi. Onun yeganə spesifik xüsusiyyəti ciddi ideoloji yönümlülüyə malik olması idi. «Sosialist həyat tərzi»nin üstünlüyünü nümayiş etdirməyən hər bir əsər düşmənçilik, dövlət qurluşu üçün təhlükə kimi qiymətləndirilirdi. Belə bir vəziyyət bütövlükdə bütün ölkədə və bütün milli respublikalarda hökm sürürdü.
Bu gün Azərbaycan təsviri sənəti dolğun, yetkin və çoxşaxəli bir fenomen kimi çıxış edir və onu parlaq orjinal bir hadisə kimi fərqləndirən xarakterik struktur xüsusiyyətlərinə malikdir. Bu sənətdə dünya praktikasında mövcud olan bütün əsas bədii istiqamətlər təmsil olunmuşdur. Rəngkarlıqda realist tendensiya öz «sağlam», hər cür yalançı pafosdan uzaq məcrasına qovuşmuşdur. Primitivizm, ekspressionizm, abstraktsionizm kimi bir çox digər istiqamətlər də onunla dinc «yanaşı yaşayır». 1990-cı illərin sonlarında rəngkarlıq həyatına qədəm qoyan gənc rəssamlar konseptual incəsənətin müxtəlif növlərini mənimsəyirlər ki, bunlar da, heç şübhəsiz, ənənəvi texnikalardan fərqli olaraq daha ciddi maliyyə və mənəvi dəstək tələb edir. Həmin növlər müasir yaradıcılığın Lend-Art, installasiya, fotoqrafiya və Video-Art, aksiya, performans və s. kimi növlərini əhatə edir.
Hazırda Azərbaycan Rəssamlar İttifaqının 800-ə yaxın üzvü vardır. Əvvəllər olduğu kimi, burada rəngkarlıq, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət, monumental incəsənət, qrafika və tənqid bölmələri fəaliyyət göstərir. Əvvəlki kimi yenə də rəssamlara İttifaqın tabeliyində olan iki qalereyada öz sərgilərini pulsuz təşkil imkanı verilir. Lakin, hər halda sərgilərin tam şəkildə təşkili üçün, heç olmazsa afişaların, dəvətnamələrin və ən yaxşı halda, kataloqların çapı üçün əlavə vəsait lazımdır.
Mədəniyyət Nazirliyinin tabeliyində olan sərgi salonlarında, hər şeydən əvvəl, S.Bəhlulzadə adına Sərgi Salonunda və R.Mustafayev adına Dövlət İncəsənət Muzeyinin zallarında yubileylərə həsr olunan və plan üzrə sərgilər pulsuz təşkil edilir. Muzeyin fəal sərgi fəaliyyətini xüsusilə qeyd etmək istərdik: təkcə ötən il ərzində burada 22 sərgi keçirilmişdir. Mədəniyyət Nazirliyinin tabeliyində cəmi 26 şəkil qalereyası və iki sərgi salonu vardır. Bunlara yuxarıda adı çəkilən S.Bəhlulzadə adına Sərgi Salonu, «İçəri şəhər» Bədii Sərgi Salonu, Azərbaycan Respublikası Dövlət Şəkil Qalereyası, Gəncə, Şamaxı, Lənkəran və s. kimi rayon mərkəzlərində yerləşən 25 qalereya daxildir.
Dövlət büdcəsindən ayrılan vəsait hesabına Mədəniyyət Nazirliyi həm yaxın, həm də uzaq xaricdə xeyli sayda sərgi təşkil etmişdir. Onlardan, hər şeydən əvvəl, Azərbaycan rəssamlarının Rusiya Federasiyasında (Moskva), Ukraynada (Kiyev), Amerika Birləşmiş Ştatlarında, Avstriyada (Vyana) Azərbaycan Respublikası Mədəniyyət Günləri çərçivəsində keçirilən sərgilərini qeyd etmək lazımdır. Bu növ tədbirlərin ən axırıncılarından biri Azərbaycan rəssamlarının Strasburqda keçirilən və Azərbaycanın Avropa Şurasına daxil olmasının bir illiyinə həsr edilən sərgisidir.
Həmçinin bir sıra Azərbaycan rəssamlarının (Fərhad Xəlilovun, Vidadi Nərimanbəyovun, Teymur Məmədovun, Ədalət Qaranın, Namiq Dadaşovun, Sakit Məmmədovun) Mədəniyyət Nazirliyinin bilavasitə dəstəyi ilə Fransada, İtaliyada, İsveçdə, Türkiyədə və Rusiyada keçirilən fərdi sərgilərini də qeyd etmək lazımdır.
Bakıda bir sıra özəl şəkil qalereyaları fəaliyyət göstərir, onların arasında Bakı İncəsənət Mərkəzi, eləcə də «Abşeron» və «Qız qalası» qalereyaları öz fəallığı ilə xüsusilə seçilir. Belə ki, 1994-cü ildən başlayaraq, Bakı İncəsənət Mərkəzində hər il «Azərbaycan bu gün» plakatı üzrə milli müsabiqə keçirilir. Bu müsabiqənin baş sponsoru «UNOKAL-Khazar» neft şirkətidir. Mədəniyyət Nazirliyinin nümayəndəsi bu müsabiqənin münsiflər heyətinin daimi üzvüdür.
1998-ci ildə Bakıda Azərbaycan Fotoqraflar İttifaqı yaradıldı: o öz sıralarında həm peşəkarları, həm də həvəskarları birləşidirir. İttifaq hər ay sərgi-müsabiqələr keçirir, tanınmış xarici fotoqraflarla fəal əməkdaşlıq əlaqələri saxlayır, birgə layihələrdə iştirak edir. İttifaq yarandığı andan xeyli məhsuldar fəaliyyət göstərmişdir. Belə ki, 10 fərdi sərgi təşkil olunmuş, habelə məşhur fotoqraf Jozef Kudelkanın iştirakı ilə 2 beynəlxalq seminar keçirilmişdir. 2000-ci ildə 11 Azərbaycan fotoqrafı «World press foto» kimi nüfuzlu beynəlxalq müsabiqənin mükafatlarına layiq görülmüşdür.
Tətbiqi sənət sahəsində bu və ya digər layihələr əsasən müxtəlif fond və firmaların dəstəyilə həyata keçirilir. Onlardan Azərbaycan Açıq Cəmiyyət İnstitutunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır.
Təsviri sənətin inkişafına dövlət dəstəyinə gəldikdə isə, bu dəstək sərgi fəaliyyəti ilə yanaşı rəssamlıq təhsili sahəsinə yönəldilmişdir. Uzun illərdir ki, Uşaq Şəkil Qalereyası fəaliyyət göstərir və o, uşaqların bədii tərbiyəsində əsas mərkəz hesab olunur. 2000-ci ildə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bədii fakultələri bazasında Rəssamlıq Akademiyası yaradılmışdır. İndi bu təhsil ocağının qarşısında bədii təhsil sisteminin yenidən təşkili və yeniləşdirilməsi sahəsində ciddi vəzifələr durur. Bunu təkcə ölkədə yaranmış vəziyyət deyil, həm də bədii yaradıcılığa getdikcə daha çox qeyri-ənənəvi, bəzən hətta gözlənilməz texnologiyaların fəal tətbiq edildiyi dünya praktikası tələb edir.
Təsviri incəsənət barədə oxuduğum bir saytdan..
Əvvələ qayıt Aşağa gitmek
http://sizinleyik.azerbaijaniforum.com
 
Təsviri sənət - İncəsənət
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
BiZiMlE OlAn DaRıXmAz :: İncəsənət,Kino və Teatr-
Keç: